Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Dünya

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Son bir ay ərzində İstanbul rəsmiləri şəhərdə yaşayanlar arasından Türkiyədə olmaq üçün qanuni əsası olmayan 21 min əcnəbini müəyyən edib. Busaat.az “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir qeyd edib ki, səyyar miqrasiya keçid məntəqələri layihəsi sayəsində qeyri-leqal immiqrantları aşkar etmək mümkün olub. Bu layihə İstanbulda pilot layihə kimi sınaqdan keçirilir. Polis operativ qaydada və yerindəcə əcnəbilərin barmaq izlərini və sənədlərini yoxlamaq imkanı əldə edib. Yoxlanış üçün saxlanılan şəxs şəxsiyyət vəsiqəsini təqdim edə bilmirsə və sistemdə əcnəbilərin ölkəyə girişi zamanı götürülən barmaq izi tapılmırsa, qanun pozucusu əlavə yoxlama üçün miqrasiya şöbəsinə aparılır. “21 min əcnəbinin Türkiyədə olmaq üçün qanuni haqqı olmadığını, yəni qeyri-qanuni mühacir olduğunu müəyyən etmişik. Onlar barəsində deportasiya proseduru başlatmışıq və onlar ölkədən çıxarılıblar”, - “Star” qəzeti Yerlikayanın sözlərindən sitat gətirib. Nazir onu da bildirib ki, hazırda Türkiyədə 4,8 milyon insan miqrant statusundadır. Onlardan 1,2 milyonu qanuni yaşayış icazəsinə sahib olanlardır. 290 mindən çox miqrant mühafizə altındadır. Türkiyədə 3,3 milyon suriyalı müvəqqəti himayə altında yaşayır.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=56354