Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Cəmiyyət

"Devin Media ilə: Azərbaycan–Türkiyə Kino Əməkdaşlığında YENİ SƏHİFƏ – “Dar Küçələr” Filmi Haqqında Atila Uysal ilə Müsahibə"

"Devin Media ilə: Azərbaycan–Türkiyə Kino Əməkdaşlığında YENİ SƏHİFƏ – “Dar Küçələr” Filmi Haqqında Atila Uysal ilə Müsahibə"
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr təkcə tarix, dil və musiqi ilə deyil, kino və sənət sahəsində də uğurla davam etdirilir. Bu dostluğun daha bir parlaq nümunəsi isə Türkiyənin tanınmış “Devin Film” MMC şirkətinin Azərbaycanda həyata keçirdiyi “Dar Küçələr” adlı ortaq film layihəsidir. Dram və kriminal janrında ekranlaşdırılacaq bu film, yalnız maraqlı süjet xətti ilə deyil, həm də gənc istedadlara yaradılan imkanlarla seçilir. Layihənin məqsədi iki ölkə arasında kino sahəsində əməkdaşlığı möhkəmləndirmək və Azərbaycan aktyorları ilə rejissorlarına yeni yaradıcılıq imkanları qazandırmaqdır. Bu müsahibədə layihənin ideya müəllifi və “Devin Film”in direktoru Atila Uysal ilə “Dar Küçələr” filminin detalları, çəkiliş planları və gələcək perspektivləri barədə danışdıq.   image-bdcfc37d-7890-4aa9-9338-2dafd6dacf0b Atila bəy, xoş gördük! İlk olaraq oxucularımıza özünüz haqqında qısa məlumat verərdiniz. Mən Atila Uysal, Türkiyənin İstanbul şəhərində yaşayıram, evliyəm və üç övlad atasıyam. Hazırda “Devin Film” MMC-nin direktoru və layihənin rəhbəri kimi fəaliyyət göstərirəm. “Devin Film” şirkəti nə zaman yaradılıb və əsas məqsədləri nələrdir? Şirkətimiz 2024-cü ilin iyul ayında Bakıda təsis olunub. Əsas məqsədimiz yüksək keyfiyyətli bədii və sənədli filmlər istehsal etmək, xüsusilə də gənc istedadlara dəstək olmaq və onlara sənayedə özlərini göstərmək üçün şərait yaratmaqdır. “Dar Küçələr” layihəsinin ideyası haradan yaranıb? Filmin mövzusu nəyə əsaslanır? Layihənin ideyası real həyatdan ilhamlanıb. Cəmiyyətin qaranlıq küçələrində baş verən dramatik hadisələr və onların insanlara təsiri filmin əsas süjet xəttini təşkil edir. Bu həm fərdi dramları, həm də sosial problemləri əks etdirən güclü bir hekayədir. Filmin çəkilişi üçün Azərbaycanı seçməyinizin xüsusi bir səbəbi varmı? Əlbəttə. Azərbaycanın mədəniyyəti, insanları və təbiəti bizim üçün çox dəyərlidir.Beləliklə, bu layihə ilə ortaq tariximizi və dostluğumuzu da kinoya daşımaq istəyirik. Çəkilişlər nə vaxtdan başlayacaq və hansı bölgələrdə aparılması planlaşdırılır? Artıq “Dar Küçələr” filminin dörd seriyası hazırdır və yaxın aylarda televiziya kanalın birində nümayiş olunacaq. Hazırda çəkilişlər əsasən Bakı və ətraf ərazilərdə aparılır. Gələcək planlarımızda isə Azərbaycanın müxtəlif bölgələrində çəkilişlər nəzərdə tutulub. Film heyətində Azərbaycan və Türkiyədən aktyorlar iştirak edəcəkmi? Aktyor seçimi necə aparılır? Əsasən Azərbaycan aktyorları ilə çalışırıq – həm tanınmış simalar, həm də yeni başlayan istedadlar layihəyə cəlb olunub. Lazım gələrsə, Türkiyədən də aktyorlar dəvət ediləcək. Seçimlər isə tamamilə peşəkar kastinqlər vasitəsilə həyata keçirilir. Filmin janrı nədir və əsas vermək istədiyiniz mesaj nədən ibarətdir? Dram və kriminal üslubda çəkilən bu film, tamaşaçıya dərin emosional təəssüratlar bəxş etməklə yanaşı, onu həyatın sərt və unudulan tərəfləri üzərində düşünməyə çağırır. Gələcəkdə bu cür ortaq layihələrin davamı planlaşdırılırmı? Bu əməkdaşlıq iki ölkənin kino sənayesi üçün nə vəd edir? Əlbəttə, bu layihə yalnız başlanğıcdır. Qarşılıqlı bilik və təcrübə mübadiləsi, yeni simaların üzə çıxması və mədəni əlaqələrin güclənməsi əsas məqsədlərimizdəndir. Layihə çərçivəsində aktyorlar üçün təlim və kurslar da təşkil olunacaqmı? Bəli. Seçilmiş iştirakçılar üçün xüsusi təlim proqramlarımız mövcuddur. Hədəfimiz yalnız film çəkmək deyil, həm də aktyorların peşəkarlığını artırmaqdır. Azərbaycan aktyorlarına üstünlük veriləcəkmi? Tamamilə. Bu layihə əsasən yerli istedadların üzə çıxmasına və inkişafına yönəlib. Azərbaycanlı aktyorların bu layihədə xüsusi yeri var.   image-7d449309-45d0-4ef1-bb85-9b349f136674 Peşəkar aktyor olmayan, lakin potensialı olan şəxslər üçün seçimlər nəzərdə tutulubmu? Təbii ki. Yeni simalara hər zaman açığıq. Onlar üçün mentorluq, təlim və məşqlər təşkil olunacaq. İstedad varsa, biz onu üzə çıxarmaq üçün buradayıq. Sonda tamaşaçılara nə demək istərdiniz? Əvvəla sizə təşəkkür edirəm, bu layihəyə maraq göstərdiyiniz üçün. Tamaşaçılara isə demək istərdim ki, özünüzə inanın və inkişaf üçün daim çalışın. İstedad gec-tez parlayır. “Dar Küçələr” təkcə bir film deyil, bu layihə iki xalqın qəlbini birləşdirən yeni bir mədəni körpüdür. Ümid edirik ki, film milyonlarla insanın qəlbinə toxunacaq və yeni ümidlər doğuracaq.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=79327