Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Hadisə

3 ildir təhvil verilən MİDA binası küləyə tab gətirmədi - VİDEO

3 ildir təhvil verilən MİDA binası küləyə tab gətirmədi - VİDEO
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb. Sfera.az xəbər verir ki, artıq 3 ildir istismara verilmiş binada ciddi təhlükəsizlik problemi qeydə alınıb. Belə ki, MİDA-2 Yaşayış Kompleksinin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri nəticəsində qoparaq bina ərazisinə səpələnib. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin qopan üzlük hissələrinin avtomobillərin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitələrindən birinə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, hadisə daha ağır nəticələrə yol aça bilərdi və bu cür vəziyyət xüsusilə küləkli havalarda ərazidə yaşayan insanlar üçün real təhlükə yaradır. Yaşayış kompleksində yaşayan vətəndaşlar bildirirlər ki, bina nisbətən yeni olmasına baxmayaraq, fasad elementlərinin bu qədər qısa müddətdə sıradan çıxması tikintinin keyfiyyəti və təhlükəsizlik standartlarına əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur. Onların sözlərinə görə, oxşar problemlərin digər binalarda da baş vermə ehtimalı narahatlıq yaradır. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili araşdırma aparmasını, binanın texniki vəziyyətinin yoxlanılmasını və mümkün risklərin aradan qaldırılmasını tələb edirlər. Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar Mənzil İnşaat Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi və açıqlaması olduğu təqdirdə, tərəfimizdən ictimaiyyətə təqdim ediləcək. https://youtu.be/G1_n66qctLk  
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=84079