Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Özəl

72 saatlıq ərzaq ehtiyatı çağırışı: Dünya hansı təhlükələrə hazırlaşır?

72 saatlıq ərzaq ehtiyatı çağırışı: Dünya hansı təhlükələrə hazırlaşır?
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Son dövrlər bir sıra ölkələrdə əhalinin ən azı 72 saatlıq, bəzi dövlətlərdə isə bir həftəlik zəruri ərzaq və gündəlik tələbat ehtiyatı saxlaması tövsiyə olunur. Bu çağırışlar cəmiyyətdə müharibə təhlükəsi, təbii fəlakətlər, enerji böhranı və kritik infrastrukturun sıradan çıxması ilə bağlı narahatlıqları artırıb. Bəs vətəndaşlara ünvanlanan bu tövsiyələrin arxasında hansı risklər dayanır? Söhbət qlobal təhlükədən, yoxsa ayrı-ayrı ölkələrin mümkün fövqəladə hallara hazırlığından gedir? Mövzu ilə bağlı  açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, 72 saatlıq və ya bir həftəlik zəruri ehtiyat saxlamaq çağırışı müxtəlif illərdə bir sıra ölkələrdə səsləndirilib və bu, qlobal iqtisadiyyat üçün yeni yanaşma deyil.
“Belə çağırışların əsas səbəblərindən biri son dövrlərdə qeydə alınan kiberhücumlardır. Bir müddət əvvəl market şəbəkəsinin sisteminə edilən kiberhücum nəticəsində soyuducu və dondurucuların fəaliyyəti dayanıb, tonlarla ərzaq məhsulu yararsız hala düşərək atılıb. Bundan başqa, cəmi bir-iki gün əvvəl qan bankının sisteminin də kiberhücuma məruz qaldığı bildirilir”.
G.Hüseynova vurğulayıb ki, növbəti kiberhücumun hansı sahəni və ya ölkəni hədəf alacağı əvvəlcədən məlum olmadığından, bəzi dövlətlərin rəsmiləri əhalini zəruri ehtiyat görməyə çağırırlar.
İqtisadçı-ekspert hesab edir ki, bu tövsiyələri birbaşa müharibə təhlükəsi, təbii fəlakət və ya enerji böhranı ilə əlaqələndirmək düzgün deyil. Onun fikrincə, söhbət daha çox müxtəlif risklərə qarşı qabaqlayıcı tədbirlərdən gedir.
“Bir neçə il əvvəl də dünyanın qaranlığa qərq olacağı və böyük fəlakətin baş verəcəyi ilə bağlı müxtəlif proqnozlar yayılmışdı. Həmin vaxt insanlar arasında təşviş yaranmış, marketlərdə şam, elektrik avadanlıqları və konservləşdirilmiş ərzaq məhsullarına tələbat kəskin artmışdı. Nəticədə bir çox məhsulun vitrinlərdə tapılması çətinləşmişdi”.
G.Hüseynova vətəndaşlara belə çağırışlara münasibətdə təmkinli olmağı tövsiyə edib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə səsləndirilən xəbərdarlıqlara əsaslanaraq təşvişə düşmək və kütləvi şəkildə ərzaq tədarükünə başlamaq doğru yanaşma deyil. Real təhlükə yarandığı halda əhaliyə müvafiq rəsmi qurumlar və media vasitəsilə məlumat veriləcək.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanla bağlı belə bir rəsmi çağırış və ya real təhlükə mövcud deyil.// Konkret.az
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=86471