Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
15°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
İqtisadiyyat

Qeydiyyatdan keçin - Pulunuzu alın

Qeydiyyatdan keçin - Pulunuzu alın
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Busaat.az baku.ws-ə istinadən xəbər verir ki, qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb. Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz. Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq. Hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər. Bunu daha asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz. Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni sistemə daxil etməlisiz. Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq. Qeyd edək ki, çekləri BirBank ilə də oxutmaq mümkündür.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=3911