Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Diaspor

ABŞ-dakı Azərbaycan icması BMT-ni rəsmi Bakının sülh səylərini dəstəkləməyə çağırıb

ABŞ-dakı Azərbaycan icması BMT-ni rəsmi Bakının sülh səylərini dəstəkləməyə çağırıb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dərk olunması və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Bu barədə Busaat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Dostluq Təşkilatı adından Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, azərbaycanəsilli amerikalılar Ermənistanda mövcud olan revanşist əhvali-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər. 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığına, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək 300-dən çox günahsız Azərbaycan mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğuna və yaralandığına diqqət cəlb edilib. Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquq normlarına uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu bir daha diqqətə çatdırılıb. Azərbaycan Dostluq Təşkilatı bu kritik və önəmli mərhələdə beynəlxalq ictimaiyyəti erməni yalanlarına inanmamağa, işğaldan azad edilmiş Qarabağda irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə bölgəyə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=56256