Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Dünya

ABŞ ilk dəfə Hörmüzdə “Apache” itirdi

ABŞ ilk dəfə Hörmüzdə “Apache” itirdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64 Apache” hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan iki ekipaj üzvü sağ şəkildə xilas edilib. Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Hadisənin səbəbi hələlik açıqlanmayıb. ABŞ rəsmiləri helikopterin İran tərəfindən vurulub-vurulmadığını, texniki nasazlıq yaşayıb-yaşamadığını və ya başqa amillərin rol oynadığını araşdırır. ABŞ Prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlama verərək pilotların vəziyyətinin yaxşı olduğunu bildirib. Qəza İsrail-İran qarşıdurmasının yaratdığı regional gərginliyin nisbətən səngiməsindən sonra baş verib. ABŞ ordusu son aylarda Hörmüz boğazında əməliyyatlarını genişləndirərək bölgədə “Apache” helikopterləri, “MQ-9 Reaper” pilotsuz aparatları, F/A-18 və F-35 qırıcılarından istifadə edir. Məlumata görə, münaqişənin başlanmasından bəri İran təxminən 30 ABŞ dronunu vurub. Bir neçə hərbi təyyarə də müxtəlif səbəblərdən itirilib. Lakin “AH-64 Apache” helikopterinin sıradan çıxması bu qarşıdurma dövründə ABŞ üçün ilk belə itki hesab olunur. "Hellfire" raketləri ilə silahlandırılan “AH-64 Apache” helikopterləri ABŞ ordusunun ən effektiv hücum platformalarından biri sayılır. Bu helikopterlər xüsusilə sürətli qayıqlara və pilotsuz uçuş aparatlarına qarşı əməliyyatlarda mühüm rol oynayır.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85682