Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Sosial

Ali məktəbə qəbul olan Şəhid qardaşı təhsil haqqını ödəyə bilmir

Ali məktəbə qəbul olan Şəhid qardaşı təhsil haqqını ödəyə bilmir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Şəhid Polad Şirinovun qardaşı Zülfüqar Şirinov bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub. Lakin tələbənin ailə büdcəsi təhsilhaqqını ödəməyə yetmir. Busaat.az xəbər verir ki, bu barədə Şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O paylaşımında bildirib ki, Zülfüqar Şirinov şəhidimizin yeganə qardaşıdır: “Ən qısa zamanda 2000 manat ödəniş edilməlidir. 2020-ci ildə atasını itirib, anası xəstədir. Özü də hələ ki, işləyə bilmir. Şəhidimizin əmanətinə dəstək olaq. Qardaşımızın təhsil almasına, lütfən yardım edin”. Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) ilə əlaqə saxladıq. Təhsil ocağından saytımıza belə cavab verildi: “Yeni qəbul olmuş tələbələrin qeydiyyatı “online” şəkildə Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı üzərindən həyata keçirilir. Orada ödənişli əsaslarla qəbul olan tələbələr üçün iki seçim qoyulur. Belə ki, tələbə ya ödənişin 100%-ni, ya da 50%-ni ödəməlidir. Xüsusi imtiyazlı tələbələr olur ki, məsələn, sosial həssas qrupa daxil olan tələbələr ödənişdən azad olunurlar. Bunun üçün sosial qrupa daxil olmalarını təsdiq edən sənədi də portala əlavə edirlər. Sonradan onların ödənişini dövlət təmin edir. Sonrakı illərdə isə tələbələr ödənişlərini hissə-hissə edə bilərlər. Məsələn, ayda 10% ödəniş edə bilərlər. Onların müraciəti əsasında univeristetin rəhbərliyi tərəfindən bu imkan yaradılır”. Suraxanı Rayon İcra Hakimiyyətindən isə müraciətimizə cavab olaraq bildirildi ki, məsələ ilə bağlı məlumatlıdırlar: “Hazırda tərəfimizdən danışıqlar aparılır. Əlaqədar qurumlarla danışıqlar aparıb ödənişsiz təhsil alması ilə bağlı nəticə əldə etməyə çalışırıq”. Qeyd edək ki, şəhid Polad Şirinov 2022-ci il 13 sentyabrda düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "lll dərəcəli Rəşadət ordeni" və "Vətən uğrunda" medalı ilə təltif olunub.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=57383