
Alim Qasımov GTA 6-dan nə qədər QAZANIB?

Alim Qasımov və Fərqanə Qasımovanın ifasının “GTA 6” videooyununda yer alması ilə bağlı maraqlı məqam üzə çıxıb.
Fərqanə Qasımova ajansaz-a açıqlamasında bildirib ki, bu əməkdaşlıq maliyyə qarşılığı olmadan həyata keçirilib. “Biz heç bir ödəniş almamışıq. Qarşılığı sadəcə böyük sevgidir. Muğamımızın tanınması üçün əlimizdən gələni etməyə hazırıq. Heç bir qarşılıq gözləmirik”, – deyə Fərqanə Qasımova qeyd edib.Beləliklə, Azərbaycan muğamının beynəlxalq auditoriyaya təqdim olunması məqsədilə həyata keçirilən bu əməkdaşlıqdan sənətçilər maddi gəlir əldə etməyiblər.























