
Azərbaycan hərbçiləri Rusiyaya rəqib oldu

Beynəlxalq Ordu Oyunları - 2020 yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq























