
Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Raundun matçları iki günü əhatə edəcək. “Sabah” – “İmişli” matçı dekabrın 1-də, “Neftçi” – “Şəfa” və “Sumqayıt” – “Qarabağ” qarşılaşmaları dekabrın 2-də keçiriləcək.Azərbaycan Kuboku 1/8 final mərhələsi 1 dekabr (çərşənbə axşamı) 14:00. “Karvan-Yevlax” – “Zirə” Yevlax şəhər stadionu 16:00. “Sabah” – “İmişli” “Sabah Arena” 19:00. “Turan Tovuz” – “Kəpəz” Tovuz şəhər stadionu 2 dekabr (çərşənbə) 14:00. “Araz-Naxçıvan” – “Marafon” Şamaxı şəhər stadionu 16:00. “Qəbələ” – “Şahdağ Qusar” Qəbələ şəhər stadionu 16:00. “Neftçi” – “Şəfa” “Palms Sports Arena” 19:00. “Gəncəbasar” – “Şamaxı” Gəncə şəhər stadionu 19:00. “Sumqayıt” – “Qarabağ” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu// Peşəkar Futbol Liqası























