Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Dünya

"Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"

"Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir. Busaat.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib. "2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb. 4 103 ton taxıl, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları - 6 100 ton benzin, 1 500 ton dizel yanacağı yoldadır", - nazir yazıb. O xatırladıb ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl gətirilib ki, bunun da 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir, həmçinin 1 210 ton Azərbaycan benzini də çatdırılıb. Nazir, həmçinin qeyd edib ki, Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar Ermənistanda benzin qiymətlərinin aşağı düşməsi gözlənilir: "Artıq qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (0,36 manat -red.) qədər azalması gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar olaraq, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin azaldılması üzərində işləyirlər".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=83562