Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Texnologiya

“Azercell”in dəstəyi ilə Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşan məktəblilər uğur qazanıblar

“Azercell”in dəstəyi ilə Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşan məktəblilər uğur qazanıblar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Avqustun 28-dən sentyabrın 4-dək Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilib. 87 ölkə və 351 iştirakçının yarışdığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək adlarını mükafatçılar siyahısına yazdırıblar. “Azercell”in dəstəyi ilə Azərbaycanı təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev, Gəncə şəhəri Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova isə həvəsləndirici mükafat qazanıblar. Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib. Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası (IOI) müxtəlif ölkələrdən orta məktəb şagirdləri üçün sosial və mədəni proqramlarla müşayiət olunan illik beynəlxalq informatika yarışmasıdır. Bu, məktəblilər arasında əsas beynəlxalq elm olimpiadalarından və dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biridir. ​2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 3 qızıl, 14 gümüş və 37 bürünc olmaqla ümumilikdə 54 medal əldə ediblər.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=57460