Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Sosial

Bakıda bəzi binalara tamamilə istilik VERİLMƏYƏCƏK - SƏBƏB

Bakıda bəzi binalara tamamilə istilik VERİLMƏYƏCƏK - SƏBƏB
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bakı şəhəri, metronun "Xalqlar Dostluğu" stansiyası, Bəhruz Nuriyev küçəsi, 23 ünvanında yerləşən binanın sakinləri "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətçidirlər. Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, binada yerləşən 24 mənzilin sahiblərinin borcu olduğu üçün sözügedən ünvanda yaşayan digərləri də istiliklə təmin edilməyəcəklər. Sakinlər borc məlumatlarının qurum tərəfindən binanın qarşısına asılmasını da doğru hesab etməyiblər. Busaat.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə (ASC) sorğu ünvanlayıb. Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirib ki, borcu olan şəxslərin fərdi qaydada mənzillərində istilik təminatının dayandırılması mümkün deyil: "Bir çox binaların önündə elanlar vurulub, mənzil sahiblərinə xəbərdarlıq edilib ki, borclar ödənilsin. Borclar ödənilməlidir ki, keyfiyyətli istiliklə davamlı təminat həyata keçirilsin. Qeyd edək ki, əgər binanın əksər sakinləri xəbərdarlıqlara əhəmiyyət verməyib uzun müddət ödənişdən yayınırlarsa, belə olan halda müəyyən müddətdən sonra binanın istilik sisteminin işi dayandırılır. Fərdi qaydada mənzillərin istilik təminatının dayandırılması mümkün olmadığına görə ümumi binanın istilik sistemi borclar ödənilənə qədər işləmir". E.Basqallı vətəndaşların borc məlumatlarının paylaşılması məsələsinə də aydınlıq gətirib: "Borc məlumatlarının paylaşılmasında məqsəd ondan ibarətdir ki, həmin binanın sakinləri bilməlidirlər ki, niyə onlar istilik ala bilməyəcəklər. Sakinlər borclarını ödəməlidirlər ki, binadakı digər sakinlərin də istiliklə təminatında problem yaşanmasın".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=72227