Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Cəmiyyət

Bu yolda xüsusi hərəkət zolağı yaradıldı

Bu yolda xüsusi hərəkət zolağı yaradıldı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir. Busaat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən, yeni zolağın yaradılması zəruri idi. Qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağının Heydər Əliyev prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir olunub. Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də gün ərzində minlərlə sərnişinin vaxt ikisinin qarşısını alır. "İctimai nəqliyyata üstünlük verən və hər gün işinə, dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq", - AYNA-nın məlumatında deyilir.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=82711