Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Kriminal

Dəhşətli qətlin videosunu yayanlar cinayət məsuliyyətinə cəlb edilə bilər - Baş Prokurorluq

Dəhşətli qətlin videosunu yayanlar cinayət məsuliyyətinə cəlb edilə bilər - Baş Prokurorluq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib. Busaat.az həmin müraciəti təqdim edir. "Xəbər verildiyi kimi fevralın 13-də bir ailənin 5 üzvünün (2-si azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq istintaq aparılır. Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, təqsirsizlik prezumpsiyası və istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin baş vermə səbəbi və mexanizmi, əməli törətməkdə şübhəli bilinən şəxsi xarakterizə edən hallar, zərərçəkmiş şəxslər barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar, foto və videogörüntülər ictimailəşdirilib. Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur. Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər. Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=64370