Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Cəmiyyət

Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ

Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Dövlət Dəniz və Liman Agentliyi son aylarda xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı yayılan xəbərlərlə əlaqədar müraciət edib. Busaat.az xəbər verir ki, müraciətdə qeyd olunub ki, hazırda xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik riskləri yüksək olaraq qalır. Bu səbəbdən Azərbaycan dənizçilərinə həyat və sağlamlıqlarını hər şeydən üstün tutmaları tövsiyə edilib. Agentlik dənizçiləri müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirməyə, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almağa, həmçinin mümkün olduğu hallarda belə səfərlərdən çəkinməyə çağırıb. Bununla yanaşı, gəmiçilik şirkətləri və aidiyyəti qurumlara dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etmələri, onları yüksək hərbi risk daşıyan bölgələrə göndərərkən bütün zəruri təhlükəsizlik tədbirlərini görmələri və imkan daxilində bu marşrutlardan istifadə etməmələri tövsiyə olunub: "Dövlət Dəniz və Liman Agentliyi bütün dənizçiləri ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini nəzərə almağa, müharibə zonalarından uzaq durmağa çağırır".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85797