
Evdə saçını boyayan qadın kor oldu

Ev şəraitində saçlarını boyayan qadın müvəqqəti olaraq kor olub.
Bu saat.az "Mirror"-a istinadən xəbər verir ki, hadisə İngiltərədə baş verib.
Belə ki, 49 yaşlı qadın mağazadan aldığı boya ilə saç rəngini özü dəyişməyə qərar verib.
Boyandıqdan bir neçə saat sonra qadının üzü allergiya səbəbindən şişib və o görmə qabiliyyətini itirib.“Bu qədər pis olacağını gözləmirdim. Yanma və qaşınma hiss edən kimi bunun allergik reaksiya olduğunu anladım”, - deyə qadın bildirib.























