Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Cəmiyyət

GSM “Həssas qruplara psixoloji dəstək” layihəsini uğurla tamamlayıb

GSM “Həssas qruplara psixoloji dəstək” layihəsini uğurla tamamlayıb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
25–30 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin (GSM) təşkilatçılığı ilə həssas qruplara yönəlmiş psixoloji dəstək proqramı həyata keçirilib. Layihənin əsas məqsədi uşaqların emosional rifahının gücləndirilməsi, özünüdərk bacarıqlarının artırılması və sosial inteqrasiya imkanlarının genişləndirilməsi olub. Proqramın ilk günü psixoloq Səma İmamquliyeva tərəfindən “Rənglərin psixoloji təsiri və art-terapiyada rənglərin gücü” mövzusu üzrə maraqlı və interaktiv təlim təqdim edilib. İkinci gün isə Rəna Əsgərova uşaqlarla “Daxili resursların art-terapiya vasitəsilə kəşfi” mövzusu üzərində işləyərək onların yaradıcılıq yolu ilə özlərini daha yaxşı tanımalarına şərait yaradıb. Üçüncü gün klinik psixoloq Murtuz Nəzərli tərəfindən “Peşə seçiminin psixoloji tərəfləri” mövzusunda maarifləndirici sessiya keçirilib və uşaqlara gələcək məqsədlərini formalaşdırmaq üçün psixoloji yanaşmalar aşılanıb. Dördüncü gün uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy “Özgüvən və özünü ifadə bacarığı” mövzusu əsasında uşaqlarda özünəinamın artırılması və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim həyata keçirib. Beşinci gün psixoloq Dilşad Məmmədli tərəfindən “Öz həyatımın qəhrəmanıyam” adlı motivasiyaedici sessiya çərçivəsində uşaqların şəxsi potensialını dərk etməsi və müsbət həyati məqsədlər formalaşdırması təşviq edilib. Layihənin sonuncu günündə isə Dilşad Məmmədlinin rəhbərliyi ilə qrup oyunları və sosial bacarıqların gücləndirilməsi məqsədi daşıyan “Qrup dinamikləri və sosial bacarıqların inkişafı üzrə interaktiv oyunlar” adlı əyləncəli sessiya ilə proqram yekunlaşıb. Altı gün davam edən layihə uşaqlarda emosional sabitlik, yaradıcılıq, özünəinam, sosial ünsiyyət və gələcək planlaşdırma kimi bacarıqların inkişafına mühüm töhfə verib. Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi (GSM) bildirir ki, bu tip dəstək proqramları həssas qruplardan olan uşaqların sosiallaşması və rifahı üçün böyük əhəmiyyət daşıyır və gələcəkdə layihənin davam etdirilməsi nəzərdə tutulur. [gallery size="medium" ids="177634,177633,177632,177631,177630,177629"]
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=82950