Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
İdman

Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Güləşçimiz dünya çempionatının finalına yüksəldi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatına start verilib. Busaat.az  xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib. Tural Əhmədov (63 kq) yunanıstanlı Marios Kapantaisu 6:1 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda özbəkistanlı Kuvonçbek İsmayılova minimal fərqlə (2:3) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşə çıxacaq. Cavidan Nehmətov (77 kq) mundiala inamlı start verib. Həmyerlimiz yunanıstanlı Adamantios Papadatosla (8:0) qırğızıstanlı Elxan Çoenbekova (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəldi. Qazaxıstanlı Yerkebulan Anapiyanı 7:5 hesabıyla üstələyən Nehmətov adını yarımfinala yazdırıb. Cavidan yarımfinalda iranlı Amir Mehdi Navaya heç bir şans tanımayıb – 7:1. Millinin üzvü sabah finalda ermənistanlı Samvel Terteryanla güləşəcək. Qeyd edək ki, Orxan Hacıyev (87 kq) təsnifat mərhələsində hindistanlı Axil Axilə “tuş”la, Mikayıl İsmayılov (130 kq) isə debütdə finlandiyalı Tomas Rusiyə ilk xal prinsipinə əsasən (1:1) uduzub.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85967