Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
İdman

İngiltərədən "Neftçi"yə şad xəbər

İngiltərədən "Neftçi"yə şad xəbər
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq 26 klub müəyyənləşib. Busaat.az xəbər verir ki, bunların 13-ü səpələnmişlər, 10-u səpələnməmişlər səbətində yer alıb. 3 klubun isə hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.
Bu mövsüm ölkəmizi ÇL-də təmsil edəcək "Neftçi" səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Samir Abasovun komandası səpələnmişlərə, yəni daha güclü komandalara potensial rəqibdir. Ötən gecə İngiltərə Premyer Liqasının son turundakı nəticələr "Neftçi" üçün sevindirici məqamla əlamətdar olub. Çempionlar Liqasının finalçısı olan "Çelsi" son turda yeni mövsüm üçün də bu turnirə vəsiqə qazanıb. Bu isə yarışın 2021/22 mövsümünün komanda bölgüsündə dəyişikliklərlə nəticələnib. Məsələ burasındadır ki, “Çelsi”nin uğuru sayəsində "Olimpiakos" (Yunanıstan) və "Srvena Zvezda" (Serbiya) artıq 1-ci deyil, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu komandalar isə "Neftçi" üçün çətin rəqiblərdən sayılırdı.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=20896