Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Özəl

İnstaqram bu funksiyanı ləğv etdi

İnstaqram bu funksiyanı ləğv etdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Meta” şirkətinin İnstaqram platformasında başdan-başa şifrələmə (E2EE) funksiyasını dayandırması texnologiya dünyasında geniş müzakirələrə səbəb olub. Busaat.az xəbər verir ki, bu gündən qüvvəyə minən dəyişiklikdən sonra istifadəçilər artıq instaqram mesajlarında əlavə təhlükəsizlik təmin edən şifrələmə funksiyasından istifadə edə bilməyəcəklər. Yeni qərarla instaqramın birbaşa mesajlaşma sistemi standart şifrələmə modelinə keçəcək. Bu isə o deməkdir ki, platforma texniki baxımdan mesaj məzmununa çıxış imkanına sahib olacaq. Mətnlər, şəkillər, videolar və səs qeydləri müəyyən hallarda platforma tərəfindən görünə biləcək. “Meta” qərarın səbəbini şifrələnmiş mesajlaşma funksiyasından istifadə edənlərin sayının az olması ilə izah edib. Şirkət istifadəçilərə təhlükəsiz mesajlaşma üçün vatsap tətbiqindən istifadə etməyi tövsiyə edib. Bununla yanaşı, məxfilik və kibertəhlükəsizlik üzrə mütəxəssislər qərarın fərqli səbəblərlə əlaqəli ola biləcəyini düşünürlər. Bəzi ekspertlər “Meta”nın süni intellekt sistemlərini inkişaf etdirmək və reklam texnologiyalarını gücləndirmək üçün daha çox məlumat əldə etməyə çalışdığını bildirib. Qərar müxtəlif reaksiyalar doğurub. Uşaq təhlükəsizliyi ilə məşğul olan bəzi təşkilatlar şifrələmənin aradan qaldırılmasını dəstəkləyərək bunun cinayətkar fəaliyyətlərin aşkarlanmasını asanlaşdıracağını bildiriblər. Digər tərəfdən, rəqəmsal hüquq müdafiəçiləri bunu istifadəçi məxfiliyi üçün ciddi geriləmə hesab edirlər. “Signal”, vatsap və “iMessage” kimi platformalarda başdan-başa şifrələmə standart olaraq qalır.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85112