Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Cəmiyyət

Məzahir Pənahovun oğlu ilə bağlı qalmaqal davam edir — Keçmiş gəlinindən İTTİHAMLAR

Məzahir Pənahovun oğlu ilə bağlı qalmaqal davam edir — Keçmiş gəlinindən İTTİHAMLAR
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı Həlimə Ələsgərovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb. Bu barədə H.Ələsgərova Musavat.com-a danışıb. Busaat.az xəbər verir ki, o bildirib ki, məhkəmələrdə qalib gəlməsinə baxmayaraq, qanuni əşyaları ona geri verilməyib: “Qaytarmaq niyyətində də deyillər. 300 min məbləğində kompensasiyadan isə ümumiyyətlə söhbət getmir. Görünür, Məzahir Pənahov üçün nə ictimai rəy, nə də nüfuz önəmlidir, əsas odur ki, maliyyə öhdəliklərindən yayınsın. Məhkəmə zamanı qarşı tərəf əvvəlcə nə qızıl-zinət əşyalarının, nə cehizin, nə də geyimlərin mövcud olmadığını iddia edirdi. Daha sonra isə zinət əşyalarını sadəcə bijuteriya və ya sirkon kimi təqdim etməyə çalışdılar ki, onları qaytarmasınlar. Buna görə əgər zinət əşyaları qaytarılsa belə, onların əvəz olunmuş bijuteriya olması ehtimalını nəzərə alıram. Məhəmməd Pənahov barəsində cinayət işi başlanmalı və araşdırma aparılmalıdır. O, öz uşağının ölümündə məsuliyyət daşıyır”. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb. Daha öncə mətbuatda Həlimə Ələsgərovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=84857