
Messi PSJ xəbərlərindən bezib

"Barselona"nın hücumçusu Lionel Messi PSJ-yə keçidi barədə danışmaqdan bezib.
Busaat.az xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisi ilə yayda müqaviləsi başa çatdıqdan sonra gələcəyi ilə bağlı qərar verəcək.
Bildirilib ki, 33 yaşlı futbolçu və PSJ-nin digər təmsilçilərinin onunla bağlı dediklərini dəfələrlə eşidib. Sonuncu dəfə Messinin Paris təmsilçisinə keçidini yüksək qiymətləndirən millidəki komanda yoldaşı Anxel Di Mariya olub.Qol.az























