
Messidən daha bir rekord

"Barselona"nın kapitanı Lionel Messi yeni rekorda imza atıb.
33 yaşlı hücumçu buna La Liqanın 24-cü turunda "Kadis"lə matçda iştirak etməklə nail olub. O, Kataloniya klubunun heyətində yerli çempionatda 506-cı oyununa çıxıb. Bu isə klub üçün ən yaxşı göstərici hesab edilir. Beləliklə, argentinalı oyunçu komandanın sabiq futbolçusu Xavinin rekordunu qırıb.























