Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Hadisə

Mina partlayışlarında ölən və xəsarət alanların sayı açıqlandı

Mina partlayışlarında ölən və xəsarət alanların sayı açıqlandı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Vətən müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər zərər çəkib. Bu barədə n  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: "Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məlumat verilir". Azərbaycan Prokurorluğu tərəfindən mina hadisələri ilə bağlı hər bir fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalar aparılır, hadisələrin bütün halları, o cümlədən partlayışların səbəb və şəraiti müəyyən edilir: "Mina təhlükəsinin aradan qaldırılması işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, ərazilərin bərpası və dayanıqlı məskunlaşma baxımından mühüm əhəmiyyət daşıyır. Vətəndaşları və həmin ərazilərə səfər edən şəxsləri bir daha yalnız müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadə etməyə, xəbərdarlıq nişanlarına və aidiyyəti dövlət qurumlarının tövsiyələrinə ciddi əməl etməyə çağırırıq".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85961