Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Maqazin

Niyam Salami 18 illik yaradıcılığının hesabatını möhtəşəm konsertlə verd

Niyam Salami 18 illik yaradıcılığının hesabatını möhtəşəm konsertlə verd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan estradasının tanınmış simalarından olan Niyam Salami 18 illik yaradıcılıq və səhnə fəaliyyətinin hesabatını möhtəşəm solo konsert proqramı ilə təqdim edib. Yaşıl Teatrda baş tutan musiqi gecəsi sənətçinin pərəstişkarları üçün əsl bayrama çevrilib. Busaat.az xəbər verir ki, konsertə sənətçinin ailə üzvləri, sənət dostları, şəhid və qazi ailələri, eləcə də yüzlərlə musiqisevər qatılıb. Tamaşaçıların alqışları altında səhnəyə çıxan Niyam Salami gecənin ilk anlarından etibarən xüsusi ab-hava yaratmağı bacarıb. İfaçı çıxışı zamanı konsertin onun üçün daşıdığı mənəvi əhəmiyyətdən danışaraq proqramı mərhum bəstəkar Nailə Mirməmmədlinin xatirəsinə həsr etdiyini bildirib: “Əzizlərim, xoş gəlmisiniz! Bu konsert 18 illik yaradıcılığımın və səhnə fəaliyyətimin hesabatıdır. Mayın 23-ü Nailə Mirməmmədlinin yubileyi idi. Bu konserti ona həsr edirəm”. Gecə boyu Niyam Salami repertuarının ən sevilən mahnılarını canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Musiqi proqramı yalnız mahnılarla deyil, maraqlı səhnə quruluşu, dinamik rəqs nömrələri və emosional çıxışlarla da diqqət çəkib. Konsertin xüsusi qonaqları sırasında Azərbaycan şou-biznesinin tanınmış simaları – Rəqsanə İsmayılova, Xuraman Şuşalı və Almaz Ələsgərli yer alıblar. Sənətçilərin çıxışları gecəyə əlavə rəng qataraq tamaşaçıların böyük rəğbətini qazanıb. Musiqi, duyğu və enerjinin vəhdət təşkil etdiyi gecə Niyam Salaminin yaradıcılıq yolunda növbəti uğurlu səhifə kimi yadda qalıb. Tamaşaçıların uzun sürən alqışları isə sənətçinin illərdir qazandığı sevgi və etimadın ən gözəl göstəricisi olub.   image-whatsapp-image-2026-06-08-at-09-27-56-1 image-whatsapp-image-2026-06-08-at-09-27-56-2 image-whatsapp-image-2026-06-08-at-09-27-56-3 image-whatsapp-image-2026-06-08-at-09-27-56
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85675