Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
İlham Əliyev

Prezident To Lamanı təbrik etdi

Prezident To Lamanı təbrik etdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamanı Müstəqillik Günü münasibətilə təbrik edib. Mətndə deyilir: "Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm. İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır. Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır. Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=86008