
Regionlarda gender bərabərliyinin təbliği ilə bağlı tədbir keçirilib –FOTO

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi, “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
– Layihənin adı:“Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği”
– Layihənin icra müddəti: 5 aydır.
– Layihə Masallı və Astara rayonlarında həyata keçiriləcəkdir.

- – Layihənin məqsədi : regionlarda qadın və qızların inkişafına , onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə , bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.
- seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılmasılə qərarqəbuletmədə rollarının artırılması) – gender bərabərliyinə nail olmaq.
























