
Rəsmi Tehran: Müdaxiləyə dərhal cavab veriləcək

İran İsrail tərəfində münaqişəyə müdaxilə etməyi qərara alan istənilən ölkəyə dərhal cavab verəcək.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.
"Əgər bu hərəkətlərə (İsrailin - red.) hər hansı üçüncü tərəf müdaxilə edərsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək", - bəyanatda bildirilib.























