Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
İdman

Ronaldo AÇ-nin tarixinə düşdü

Ronaldo AÇ-nin tarixinə düşdü
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
AÇ-2020-nin F qrupunun Macarıstanla oyunu Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub. Busaat.az xəbər verir ki, start heyətində meydana çıxan və sonadək mübarizə aparan 36 yaşlı hücumçu 5 Avropa çempionatında forma geyinən ilk futbolçu kimi tarixə düşüb. Təcrübəli forvard daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olmuşdu. Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılıb. Amma o, Ronaldodan fərqli olaraq, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb. Portuqaliya yığmasının Macarıstana vurduğu qollardan ikisinin müəllifi Ronaldo olub. Bununla da hücumçu qitə birinciliklərində vurduğu qolların sayını 11-ə çatdırıb. Nəticədə o, 11 qolla Avropa çempionatlarının tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. Veteran futbolçu qolların hamısını AÇ-1984-də vurub. Ronaldo Macarıstanla oyunda daha bir ilkə imza atıb. O, Avropa çempionatları tarixində milli komandası ilə ən çox (12) qələbə qazanan futbolçu olub.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=21909