Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Kriminal

Sabirabadda ata-oğul "Azəriqaz"ın əməkdaşına hücum etdi

Sabirabadda ata-oğul "Azəriqaz"ın əməkdaşına hücum etdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Sabirabad rayonunda "Azəriqaz"ın əməkdaşı döyülüb. Busaat.az-ın məlumatına görə, hadisə rayonun Güdəcühür kəndində baş verib. Kənd sakini, "Azəriqaz" İstehsalat Birliyinin Sabirabad rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi İkram adlı şəxs kənd sakini Mayıl Əsgərovun evindəki qaz cihazlarını yoxlayaraq akt tərtib etmək istəyib. O, iki dəfə həmin ünvana getsə də, evdə heç kim olmayıb. İkram Mayıl Əsgərovun oğlu Ziyadı küçədə görüb və ona bildirib ki, evdə olduğu vaxtlarda ona xəbər etsin. Bir neçə gündən sonra Ziyadın münasibət qurduğu xanım İkramın onu narahat etdiyini bildirib. Ziyad bu məqsədlə İkrama zəng vuraraq onunla görüşmək istədiyini deyib və onu qardaşına məxsus çayxanaya çağırıb. İkram idarə etdiyi avtomobillə kafenin qarşısında Ziyadla görüşüb. Ziyad avtomobilə əyləşərək İkrama onların evi tərəfə sürməyi xahiş edib. Evin yanına çatanda Ziyad ondan sənədlər tələb edib. İkram bildirib ki, ünvana çatmasa, akt yaza bilməyəcək. Ziyad isə ona "sən kimsən ki, camaatın ünvanına gedirsən?" deyib. İkram dövlət işçisi olduğunu və qanuna uyğun olaraq ünvana getdiyini deyib. "Ziyad isə "Dövlət də bizik, qanun da" deyərək İkramın sifət və baş nahiyəsinə yumruq zərbələri endirib. O, İkramdan maşını bənd deyilən əraziyə sürməyi tələb edib. İkram isə maşını Ziyadın qardaşının çayxanasına sürərək, maşından düşüb Mayıl Əsgərova olanlar barədə məlumat verib. Mayıl Əsgərov isə oğlunun yaxşı etdiyini deyib və ata-oğul birləşərək onu döyməyə başlayıblar. Kənd sakinləri onları ayıraraq davanı sakitləşdiriblər. Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ziyad Əsgərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=77530