Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Sosial

Taksilərlə bağlı yeni QADAĞA: onların istifadəsi dayandırıldı

Taksilərlə bağlı yeni QADAĞA: onların istifadəsi dayandırıldı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib. Busaat.az xəbər verir ki, oktyabrın 9-dan etibarən bəzi avtomobillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub. Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) bu məlumatı təsdiqləyiblər. Agentlikdən Fed.az-a bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz. Qadağanın bugündən tətbiq edilməsinə gəlincə, AYNA-dan bildirilib ki, belə avtomobillərin sahibləri iyulun 1-dək müraciət edə bilərdilər. Həmin tarixə qədər müraciət etməyənlər artıq həmin avtomobillərdən istifadə edə bilməyəcəklər. "Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edə bilərdilər. 1 iyuldan sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilirlər", - deyə agentlikdən bildirilib.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=71404