Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Manşet

“TikTok”da qadını fotoları ilə şantaj edən şəxslə bağlı QƏRAR

“TikTok”da qadını fotoları ilə şantaj edən şəxslə bağlı QƏRAR
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Mikayıl Dadaşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, Mikayıl Dadaşov “TikTok” sosial şəbəkəsində saç ustası olan Qənirə Səlimovanın (adı, soyadı şərtidir) foto və video görüntülərini öz telefonuna yükləyib. Sonra həmin görüntülərin fonunda nalayiq ifadələr səsləndirib və təhqiramiz sözlər yazaraq, qadına göndərib. Mikayıl özünə məxsus “Momento more” adlı səhifədən qadına yazaraq, həmin görüntülərin yayılmaması qarşılığında 50 manat pul istəyib.
Bundan əlavə, o, Qənirə Səlimovaya başqa vaxt da mesaj yazaraq, intim münasibət təklif edib.
Lakin qadın bu təklifləri rədd edərək, Mikayıl Dadaşovu sosial şəbəkədə əngəlləyib. Bundan sonra Mikayıl qadın barəsində hazırladığı rüsvayedici görüntüləri “Instagram”da özünə məxsus bir neçə səhifədə yayıb.
Qənirə Səlimovanın şikayəti əsasında Mikayıl Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Mikayıl Dadaşov məhkəmə ifadəsində bildirib ki, pul qazanmaq üçün insanları şantaj etmək yolunu seçib. İlk olaraq da Qənirəyə yazıb. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini xahiş edib. Lerik Rayon Məhkəməsinin hökmü ilə Mikayıl Dadaşov 3 il müddətinə azadlıqdan məhrum edilib.// pravda.az
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=86461