Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
İdman

“Tottenhem”in bəxti gətirdi” - Qlenn Hoddl

“Tottenhem”in bəxti gətirdi” - Qlenn Hoddl
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Tottenhem”in sabiq futbolçusu və baş məşqçisi Qlenn Hoddl Avropa Liqasının 1-ci turunda “Qarabağ” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib. Bakıvaxtı.az xəbər verir ki, 66 yaşlı mütəxəssis London təmsilçisinin bəxtinin gətirdiyini etiraf edib. Baş məşqçi kimi “Çelsi” və İngiltərə yığmasında da fəaliyyət göstərmiş Hoddl Azərbaycan çempionunun çoxsaylı hücumlarının olduğunu vurğulayıb: “Ədalətli olmaq lazımdır, “Tottenhem” futbolçuları heç vaxt klubun ambisiyalarını azaltmır. Komanda üçün yaxşı qələbə oldu. Necə bacardıqlarını bilmirəm, amma qapılarında qol görmədən qalib gəldilər. “Qarabağ” çoxlu şanslar yaratdı, “Tottenhem”in bəxti gətirdi və həmin imkanlar qola çevrilmədi. Təmsilçimizin heyətində bir neçə gənc futbolçu çıxış etdi, özlərini yaxşı tərəfdən göstərdilər. Avropa Liqasına əla başlanğıc oldu. Lakin komanda oyununu daha da yaxşılaşdırmalıdır”. Qeyd edək ki, turnirdə növbəti turun oyunları oktyabrın 3-də keçiriləcək. Həmin gün “Qarabağ” evdə “Malmö” ilə, “Tottenhem” isə səfərdə “Ferensvaroş”la qarşılaşacaq.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=70954