
Üç güləşçimiz medal görüşünə çıxır

Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün 3 güləşçimiz mübarizəyə qoşulacaq.
Busaat.az xəbər verir ki, Murad Məmmədov, Murad Lokyayev və Beka Kandelaki döşəkçə üzərinə çıxacaq.
Daha 3 güləşçimiz isə həlledici qarşılaşmalarını keçirəcək.
Eldəniz Əzizli bürünc medal üçün yarışacaq.
Sənan Süleymanovla Rafiq Hüseynov isə qızıl medal qazanmağa çalışacaqlar.
60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)
97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)
130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)
Medal görüşləri
55 kq
Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə)
77 kq
Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya)
82 kq
Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə)























