
UEFA-dan azərbaycanlı hakimə təyinat

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Busaat.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət İsveçrə və Cəbəllütarıq yığmaları arasında Avropa çempionatının seçmə mərhələ matçını idarə edəcək.
Qeyd edək ki, görüş sentyabrın 3-də gerçəkləşəcək.
Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.























