Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Cəmiyyət

Ulu Öndər Heydər Əliyevin müqəddəs arzusu

Ulu Öndər Heydər Əliyevin müqəddəs arzusu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
2020-ci il noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şəhidlər xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan xalqına tarixi xitabı həyatımızın ən möhtəşəm Zəfər müjdəsi oldu. Prezident özü də söylədi ki, Azərbaycan xalqına bu müjdəni verdiyi gün onun həyatında ən xoşbəxt günlərindən biridir. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” Bu azadlıq həm də ermənilərin illərlə davam edən işğal siyasətinə qarşı tarixi ədalətin bərpasını təcəssüm etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında bu qələbə Azərbaycanın güclü ordusunun və xalqın birliyinin nəticəsi olaraq tarixdə yerini aldı. Şuşanın azad edilməsindən sonra şəhərin bərpası, abidələrin yenidən qurulması və mədəniyyətin dirçəldilməsi istiqamətində mühüm işlər həyata keçirilməyə başlanıldı. Şəhərin tarixi simasının bərpa olunması” konseptinə uyğun reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Şuşa Şəhər Gününü bayram edərkən bir daha vurğulayırıq ki, Qarabağın azad edilməsi və böyük qayıdışın həyata keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Unutmamalıyıq ki, olub-keçənlər bu tarixin ibrət dərsi idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan hərəkətlərin, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu münaqişənin bütün məşəqqətlərinin dünya ictimaiyyətinə detalları ilə çatdırəlması, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ölkə başçımız tərəfindən ciddi və məqsədyönlü iş aparılır. Fizuli Cəfərov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=82400