Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Dünya

Venesueladan Trampın “51-ci ştat” açıqlamasına - Sərt reaksiya

Venesueladan Trampın “51-ci ştat” açıqlamasına - Sərt reaksiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Venesuelanın Vitse-prezidenti Delsi Rodriges ABŞ Prezidenti Donald Trampın Venesuelanı ABŞ-nin “51-ci ştatı” etmək barədə “ciddi düşündüyünü” bildirməsinə sərt reaksiya verib. Busaat.az xəbər verir ki, Rodriges ölkəsinin müstəqilliyinin müzakirə mövzusu olmadığını vurğulayıb. “Bu, tamamilə qəbuledilməzdir. Venesuela xalqını müəyyən edən əsas xüsusiyyətlərdən biri müstəqillik uğrunda mübarizəyə və bu yolda canından keçən qəhrəmanlara sədaqətdir. Biz ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəyik”, - Rodriges bildirib. O qeyd edib ki, Karakas Vaşinqtonla münasibətlərdə əməkdaşlığa əsaslanan diplomatik gündəm yürütmək niyyətindədir. Rodriges əlavə edib ki, Venesuelanın tarixi azadlıq uğrunda aparılan mübarizələrlə zəngindir və xalq heç vaxt müstəmləkəçiliyi qəbul etməyəcək. Qeyd edək ki, Donald Tramp “Fox News”a müsahibəsində Venesuela ilə bağlı fikirlərini bölüşərək, ölkəni ABŞ-nin 51-ci ştatına çevirmək ideyasını “ciddi şəkildə” nəzərdən keçirdiyini deyib. ABŞ Prezidenti həmçinin “Venesuela Trampı sevir” ifadəsini işlədib. Tramp daha əvvəl də oxşar açıqlamalar səsləndirmişdi.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=85147