Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Banner

AzTU-nun 3 fakültəsinin dekanı müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırıldı

AzTU-nun 3 fakültəsinin dekanı müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırıldı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
İyunun 17-də ​ Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda universitetin İctimai Şurasının üzvləri də iştirak edib. AzTU-dan “Yeni Gündəm” ə verilən məlumata görə,iclasda yay imtahan sessiyasının və imtahanların gedişı zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib.​ Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub. Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun “Nəqliyyat və logistika”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb. İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb. Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=5139