Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Banner

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində “Tərsinə irəliləyən zaman” inklüziv tamaşa layihəsi qalib olub. Busaat.az xəbər verir ki, layihənin rəhbəri Fərid Bağırovdur. Layihənin əsas məqsədi əlilliyi olan gənclərin cəmiyyətə inklüziv inteqrasiyasının gücləndirilməsi, onların yaradıcılıq imkanlarının dəstəklənməsi və mədəniyyət və incəsənət sahəsində fəal iştirakının təşviq edilməsidir. Hazırda layihənin icrasına başlanılıb. Layihə çərçivəsində əlilliyi olan və olmayan gənclərin birgə iştirakı ilə inklüziv tamaşanın hazırlanması nəzərdə tutulur. Bu yanaşma müxtəlif imkanlara malik gənclər arasında əməkdaşlığın və qarşılıqlı ünsiyyətin inkişafına, eyni zamanda onların yaradıcılıq potensialının üzə çıxarılmasına şərait yaradacaq. Layihənin tərəfdaşları “Azərbaycan İncəsənət Məktəbi” və “EMEDIA Group” media təşkilatıdır. Tərəfdaş qurumların dəstəyi ilə tamaşanın hazırlanması, iştirakçıların yaradıcılıq prosesinə cəlb edilməsi və layihənin ictimaiyyətə təqdim olunması istiqamətində müvafiq işlər həyata keçirilir. Hazırlanacaq inklüziv tamaşanın nümayişi Bakı və Lənkəran şəhərlərində keçirilməsi nəzərdə tutulur. Cari ilin sonunadək tamaşanın nümayişlərinin keçirilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə əlilliyi olan gənclərin mədəni və ictimai həyatda iştirakının artırılması, onların bacarıqlarının nümayiş etdirilməsi və inklüzivlik dəyərlərinin cəmiyyətdə daha geniş təbliğ olunmasına töhfə verilməsi hədəflənir. “Tərsinə irəliləyən zaman” layihəsi çərçivəsində həyata keçiriləcək tamaşanın həm yaradıcı, həm də sosial baxımdan əhəmiyyətli bir təşəbbüs olaraq müxtəlif imkanlara malik gənclərin bir araya gəlməsinə və onların bərabər iştirakına şərait yaradacağı gözlənilir.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=86177