Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Banner

“Unudulmaqda olan adət-ənənələr” layihəsinin icrasına başlanıb

“Unudulmaqda olan adət-ənənələr” layihəsinin icrasına başlanıb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Unudulmaqda olan adət-ənənələr” adlı layihənin icrasına başlanılıb. Layihənin məqsədi Azərbaycan xalqına məxsus qədim adət-ənənələrin, milli-mənəvi dəyərlərin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə zamanla unudulmağa başlayan mədəni irsimizin qorunması və yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir. Müasir dövrdə, xüsusilə qloballaşma prossesi fonunda , bir çox qədim adət-ənənələrimiz unudulmaq təhlükəsi ilə üz-üzədir. Gənc nəsillər bu dəyərlərdən uzaqlaşdıqca, milli kimlik zəifləyə bilər. Tədbirlər 2025-ci il ərzində Sumqayıt, Xaçmaz, Laçın və Xankəndi şəhərlərində keçiriləcək. Hər bir regionda təşkil olunacaq tədbirlərdə iştirakçılar Azərbaycan xalqına məxsus toy, nişan, yas, xalq oyunları, musiqi və geyim mədəniyyəti ilə bağlı zəngin bilgilərlə tanış olacaqlar. Eyni zamanda, xalq ustalarının iştirakı ilə interaktiv təqdimatlar və ustad dərsləri təşkil olunacaq. Layihənin təşəbbüskarları hesab edirlər ki, bu kimi tədbirlər mədəni yaddaşın qorunması, gənclər arasında milli kimliyin möhkəmləndirilməsi və ictimai həmrəyliyin gücləndirilməsi baxımından mühüm rol oynayır.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=78908